20 Yanvar faciəsinin ildönümü qeyd olundu
18 yanvar 2014 | 16:00
Zəngilan Rayon İcra Hakimiyyəti Sovet İmperiyasının xalqımıza qarşı törətdiyi vəhşiliyin-20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar geniş tədbir keçirmişdir.
Məcburi köçkünlər üçün Masazır bələdiyyəsi ərazisində salınmış yeni yaşayış massivində təşkil olunan tədbirdə rayonun inzibati orqanlarının, idarə-müəssisələrin, təşkilatların nümayəndələri iştirak etmişlər.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının nümayiş etdirdiyi “Qalx ayağa, Azərbaycan!” kompazisiyası dolğunluğu və təsir gücü ilə tədbir iştirakçılarında dərin təəssürat yaratmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov iştirak etmişdir.
Şəkildə: kompazisiyadan bir görünüş.