Bayram tədbiri keçirilmişdir
Zəngilan Rayon İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil etmişdir.
Məcburi köçkünlər üçün Masazırda salınmış yeni yaşayış massivinin klubunda keçirilən tədbir Azərbaycan Respublikası himninin səsləndirilməsi ilə başlamışdır.
Bayram tədbirində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov giriş nitqi söyləyərək hər iki əlamətdar hadisə münasibətilə iştirakçıları və onların şəxsində bütün zəngilanlıları rayon rəhbəriliyi,şəxsən icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov adından təbrik etmiş,səmimi ürək sözlərini,ən xoş arzularını bildirmişdir.
Tədbirin bədii hissəsində müğənnilər Gülşən Əliyeva, Tural Salmanov, Babək Niftəliyev, Allahverdi Xəyal, Səkinə Məmmədova və Günay Mehdiyeva məlahətli, xoş ifaları ilə tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.