Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin xatirəsi anıldı

13 dekabr 2013 | 16:00

Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin vəfatının 10 illiyi ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyəti Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda anım mərasimi keçirmişdir.
İki yüz əlli nəfərdən çox iştirakçının qatıldığı mərasimi giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun təklifi ilə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra rayon rəhbəri müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,xalqımızın böyük oğlu Heydər Əliyevin keçdiyi şərəfli həyat,mübarizə yolu,həm sovet,həm də sonrakı tarixi dönəmlərdə doğma Vətəni,xalqı üçün gördüyü məqsədyönlü işlər,göstərdiyi fədakarlıqlar haqqında geniş nitq söyləmişdir.Dahi şəxsiyyətin Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağı barədə qətiyyətli kəlamını xatırladan cənab R.Həsənov vurğulamışdır ki, Azərbaycan dövləti var olduqca Heydər Əliyevin adı və əziz xatirəsi xalqımızın qəlbində yaşayacaq,onun ideyaları işıqlı sabaha gedən yollarımızda mayak olacaqdır.
Natiq Ümummilli liderin başladığı möhtəşəm quruculuq işlərinin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini və bu müvəffəqiyyətli tərəqqi sayəsində dövlətimizi və xalqımızı qarşıda daha böyük uğurlar gözlədiyini bildirmişdir.
Tədbirdə rayonun axundu və dəyərli ziyalısı Müşviq Fərzəliyev Ulu Öndərin müqəddəs ruhuna quran oxudu və dualar etdi.
Axırda bütün iştirakçılar ehsan süfrəsinə dəvət olundular.

Keçidlər