Şriftin ölçüsü :

Saytın rəngi :

AHILLAR GÜNÜ QEYD OLUNDU

01 oktyabr 2013 | 15:00

  Zəngilan Rayon İcra Hakimiyyəti və rayon Ağsaqqallar Şurası 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə geniş tədbir keçirmişlər.
         Sentyabr ayının 30-da “Xan bağı” istirahət mərkəzində təşkil olunan tədbiri açan rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov başçılıq etdiyi ictimai birliyin fəaliyyətində və bütövlükdə son illər Zəngilan rayonunun iqtisadi, ictimai-siyasi, mədəni həyatında baş vermiş diqqət cəlb edən yeniliklər,uğurlar haqqında ətraflı məlumat vermişdir.
       Zəngilanın ağsaqqal və ağbirçəklərinin son bir neçə ildə əhalinin sosial–iqtisadi problemlərinin həll edilməsi istiqamətində rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənovun rəhbərliyi ilə həyata keçirilən işlərdən, hərtərəfli qayğıdan razı qaldıqlarını, bunun ölkə başçısı möhtərəm İlham Əliyevin uğurlu kadr siyasətinin təsdiqi olduğunu, ümumilikdə məcburi köçkün əhalinin Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və qarşıdan gələn prezident seçkilərində yekdilliklə ona səs verəcəklərini qeyd etmişdir.
     Tədbirdə çıxışına ahılları təbriklə başlayan rayon icra başçısı cənab Ramiz Həsənov rayonumuzda və ölkədə görülən  bütün ürəkaçan işlərin məhz möhtərəm prezidentimiz İlham Əliyevin tələb və qayğısı ilə həyata keçirildiyini vurğulayaraq, rayon əhalisinə, o cümlədən ahıllara bundan sonra da lazımı diqqət və qayğı göstəriləcəyini  bildirmişdir.
       Ziyalı ağasaqqallar Bəxtiyar Süleymanlı,Miriş Bərgüşadlı, Şəndə Seyidova, Tofiq Nəsirov, Oqtay Zəngilanlı, Əlqəmə Orucov tədbirdə çıxış etmiş, rayon rəhbərlərinin qayğısından razı qaldıqlarını, bu qayğıya, xüsusən də dövlət başçısı möhərəm İlham Əliyevin bütün ölkə əhalisi üçün, Azərbaycan naminə gördüyü möhtəşəm quruculuq işlərinə cavab olaraq qarşıdan gələn seçkilərdə yekdilliklərini nümayiş etdirəcəklərini söyləmişlər.
   İstedadlı müğənnilər Tural Salmanov, Cahan Əsədova, Səlimə Məmmədova, Babək Niftəliyev, Vəsilə İbrahimova, Vasif Mehdiyev gözəl, məlahətli ifaları ilə tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.
Sonda bütün iştirakçılara “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı-2003-2013” adlı kitab-albom hədiyyə olunmuşdur.

Keçidlər