Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin xatirəsi anıldı.

23 avqust 2013 | 15:00

Zəngilan Rayon İcra Hakimiyyəti avqust ayının 22-də Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivinin klubunda şəhid Almuradov Xəqani Allahqulu oğlunun xatirəsinə həsr olunmuş geniş tədbir keçirmişdir.
Respublikanın xalq artisti Ağalar Bayramovun aparıcısı olduğu tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Aparıcı qırmızı qərənfillərlə əhatələnmiş şəhid Xəqani Almuradovun şəkli önündə onun həyat,döyüş yolu,həyatının xatirələrə dönmüş yaddaqalan hadisələri barədə ətraflı məlumat vermişdir.Səsinin,sözünün təsir gücü ilə cəmi 24 il ömür sürmüş,özünü Vətən yolunda fəda etmiş eloğlumuzun cəsurluğu,igidliyi haqqında aydın təsəvvür yaratmışdır.
Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyi Zəngilan rayon şöbəsinin sədri Ənvər Məmmədov bir vaxtlar komandiri olduğu Xəqani haqqında olduqca səmimi fikirlər söyləmiş,onun döyüşkənliyini, vətənpərvərliyini yüksək qiymətləndirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov tədbirdə çıxış edərək şəhidlərin xatirəsinin belə tədbirlərlə anılmasının mühüm əhəmiyyətindən danışmış,ulu öndər Heydər Əliyevin qurduğu möhkəm bünövrə,möhtərəm prezidentimiz İlham Əliyevin bu təməl üzərində ölkəmizi yeni inkişaf zirvələrinə qaldırması sayəsində Azərbaycan xalqının şəhidlərimizin uğrunda mübarizə apardıqları məqsədlərə çatacağını bildirmişdir.
Zəngilanlı gənc həvəskar rəssam Elvin Bağırlı özünün əl işini-şəhid Xəqani Almuradovun yağlı boya ilə işlənmiş portretini onun həyat yoldaşı Əfruz xanıma təqdim etmişdir.
Sonda şəhidin atası Ağaqulu Almuradov çıxış edərək oğlu haqqında xatirələrini danışmış və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirmişdir.
Həmyerlilərimiz, “Xalq Ulduzu” müsabiqəsində iştirakları ilə respublikada tanınan Tural Salmanov və Nərgiz Mehdiyeva həzin,vətənpərvərlik ruhlu mahnılarla tədbirə xüsusi ovqat vermişlər.
T. Salmanovun ifa etdiyi əzəmətli “Qarabağ şikəstəsi” ilə tədbirə yekun verilmişdir.

Keçidlər