Sakinlər ilə növbəti səyyar görüş keçirildi
Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu aprelin ayının 21-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.
Rayon rəhbəri Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.