Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə "Yaşıl enerji" zonası - Qarabağ və Zəngəzur mövzusunda tədbir keçirdi.
18 aprel 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə "Yaşıl enerji" zonası - Qarabağ və Zəngəzur mövzusunda tədbir keçirildi.
Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, ərazi partiya təşkilatlarının sədrləri iştirak etmişdir.
İlk öncə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin və eyni zamanda Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Başlıbel faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Qarabağ və Zəngəzurun yaşıl enerji zonası elan edilməsi və bunun önəmindən, eyni zamanda, Cənab prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə etdiyi çıxışın gələcək inkişaf və perspektivlərin bir növ carçısı olduğunu bildirib.
Tədbirdə çıxış edən Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan balanslaşdırılmış siyasət, müttəfiq ölkələrlə dərinləşən və gələcək fəaliyyətlər üçün böyük perspektivlər vəd edən əlaqələrdən bəhs edib. Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi beynəlxalq təşkilatların ikili siyasət yürütməsi ilə bağlı çıxışına istinad edərək ölkəmizin bütün sahələrdə uğurlu inkişafının davamlı xarakter aldığını vurğuladı. Eyni zamanda, Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq layihələrinin icrasında müsbət nəticələr gerçəkləşdirildiyini, beynəlxalq müstəvidə yeni reallıqların qəbulu üçün önəmli addımlar atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra söz ərazi partiya təşkilat sədrlərinə verildi. YAP Zəngilan rayon təşkilatının ərazi partiya təşkilat sədrləri Emin Əliyev, Bahar Babayeva, Mətanət Həsənova, Ləman Bağdadova çıxış edərək mövzuya uyğun olaraq beynəlxalq təcrübədən, həmin ərazilərin "Yaşıl enerji" zonası elan edilməsinin ölkəmizə gətirəcəyi imkanlar və böyük perspektivlərdən danışıb. Xüsusilə bu addımı cənab prezident İlham Əliyevin uzaqgörən və dünyəvi lider olmasının göstəricisi kimi qiymətləndiriblər.