Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanlı əsgərlərlə görüşlər davam edir

22 avqust 2013 | 15:00

İki ildir ki, Zəngilan rayon rəhbərliyinin tövsiyyəsi ilə yaxşı bir ənənənin əsası qoyulmuşdur. Milli Ordu sıralarına çağırışçıların təntənəli surətdə yola salınması ilə yanaşı, respublikamızın müxtəlif bölgələrində əsgəri qulluğunu yerinə yetirən zəngilanlı gənclər də rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır, hərbi hissələrə səfərlər təşkil edilərək onlarla görüşlər keçirilir.
Avqust ayının 17-də belə bir görüş Xudat şəhəri ərazisində yerləşən sərhəd qoşunlarına aid hərbi hissədə keçirilmişdir.
RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırovanın rəhbərlik etdiyi rayon nümayəndələri həmin  hərbi hissədə xidmət edən zəngilanlı zabit və əsgərlərlə görüşərək qayğıları, arzu-istəkləri ilə maraqlanmış, bir çoxunun ailəsi ilə telefon əlaqəsi yaratmış, onlara bayram sovqatları təqdim etmişlər.
Xoş niyyətlə gəlmiş qonaqların hərbi hissədə sərhədçi günü ilə əlaqədar keçirilən tədbirdə iştiraklarına da icazə verilmişdir.  RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırova, Canbar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rəşid Həsənov, Mincivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ramilə Vəliyeva, YAP Zəngilan rayon gənclər təşkilatının sədri Şənlik Əliyev bayram tədbirində çıxış edərək, Vətən keşikçilərinə xoş arzularını bildirmişlər.
Şəkildə: hərbi hissədə görüş zamanı.

Keçidlər