Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkün şəhərciyində məskunlaşan Zəngilan rayon sakinlərilə səyyar görüş keçirildi
Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 15 aprel 2022-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən,apardığı uğurlu siyasəti nəticəsində respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi.
Daha sonra vətəndaşların müraciətləri dinlənildi. Səyyar qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı və araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.