Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən səyyar görüşlər davam edir
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov növbəti görüşünü aprelin 8-də Abşeron rayonu, Qobu qəsəbəsində məskunlaşmış zəngilanlı məcburi köçkünlər ilə keçirdi. 20 №-li Zəngilan rayon tam orta məktəbin akt zalında keçirilən səyyar görüşdə RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri də iştirak etdilər.
Səyyar görüşdə RİH başçısı Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillərin güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ən nəhayət, məhz ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar olduğunu bildirdi.
Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.