Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlər ilə növbəti səyyar görüş keçirildi

31 mart 2022 | 16:00

Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 31 mart 2022-ci il tarixdə  Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Zəngilan rayon sakinləri ilə keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejimi  qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara fasilə verilsə də bu müddət ərzində sakinlərin istək və tələbləri  nəzərə alınaraq  fərdi qaydada qəbullar keçirilmiş və problemlərinin həlli istiqamətində müvafiq addımlar atılmışdır.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verən RİH başçısı bildirdi ki, ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə hər birimizin qürur mənbəyinə çevrilmişdir. Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qisası alınaraq düşmən məhv edilmiş, əbədiyyən öz sahiblərinə qaytarılmış doğma  torpaqlarımızda aparılan abadlıq-quruculuq işləri davam etdirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər