Növbəti səyyar görüş keçirildi
Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 17 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yaşayan Zəngilan rayon sakinləri ilə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərin qarşıdan gələn Novruz bayramını təbrik edərək onlara can sağlığı arzuladı. Rayon rəhbəri Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən,apardığı uğurlu siyasəti nəticəsində respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı. Daha sonra müraciətlər dinlənildi.
Səyyar qəbul zamanı çıxış edən məcburi köçkünlər onları narahat edən bəzi problemlərin aradan qaldırılmasını xahiş etdilər. Zəngilan rayon icra hakimiyyətinin başçısı müraciətləri dinləyərək məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.