Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin əziz xatirələri yad edildi

15 mart 2022 | 16:00

 

Zəngilan Rayon İcra Hakimiyyəti ilə YAP Zəngilan Rayon Təşkilatı tərəfindən  Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərimiz Məhərrəmov Fərid Asif оğlu, Sarıyev Samir Əli oğlu, Səfərov Fariz Şəmil oğlu və Aprel döyüşlərində şəhid olan Orucov Müşviq Arif oğlunun məzarları ziyarət edildi.
Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarları önünə gül dəstələri düzülərək ruhlarına dualar oxundu. Şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açıldı.

 

 

 

Keçidlər