Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

10 mart 2022 | 16:00

Səyyar qəbul qrafikinə əsasən Zəngilan rayon İcra hakimiyyəti başçısının növbəti səyyar görüşü 10 mart 2022-ci il tarixdə Xətai rayonu, Q.Nəbi küçəsi 5-də yerləşən yataqxanada məskunlaşan məcburi köçkünlərlə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək, cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən,apardığı uğurlu siyasəti nəticəsində respublikamızda qazanılan uğurlardan,  əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdı.
Səyyar qəbul zamanı çıxış edən məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözlədiklərini, yurd həsrətinə son qoyan ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Zəngilan rayon icra hakimiyyətinin başçısı müraciətləri dinlədi. Qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı və araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verildi.Qəbuldan sonra rayon rəhbəri və RİH başçısının İƏD üzrə nümayəndələri yataqxananın zirzəmisinə baxış keçirərək, haqqında söz gedən ərazidəki problemlərlə yaxından tanış oldular.

Keçidlər