Şriftin ölçüsü :

Saytın rəngi :

Əlamətdar günlər rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə qeyd olunur

04 mart 2022 | 16:00

04 mart 2022-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətində kollektivin və rayon ictimaiyyətinin dərin hörmətini qazanmış, Aparatın Mеmarlıq və tiкinti şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyən Şükür Həsənovun 60 illik yubileyi qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Şükür Həsənovun əmək fəaliyyətini yüksək qiymətləndirərək 60 illik yubileyi münasibətilə onu ürəkdən təbrik etdi və ən xoş arzularını bildirdi. Yubiliyara gül dəstəsi və hədiyyə təqdim edildi.
Təbriklərə qoşulan Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri Şükür müəllimə ən səmimi arzularını bildirərək onun  mənəvi keyfiyyətlərindən,  xidmətlərindən  söz  açdılar.
Sonda Şükü Həsənov deyilən  xoş  sözlərə, təbriklərə, ona  göstərilən böyük diqqət və ehtirama görə minnətdarlığını  bildirdi.

Keçidlər