Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüş keçirildi.

03 mart 2022 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun səyyar görüşlərindən biri də 3  mart 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsində yerləşən 6 nömrəli yataqxana binasında məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə keçirildi.
Görüş torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra RİH başçısı səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən   danışdı. Aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan rayon rəhbəri Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
Rayon rəhbəri sakinlərin problemlərini dinlədi. Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərin yurd problemini aradan qaldırdığına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək öz dogma yurdları Zəngilana qayıdacaqları günü səbrsizliklə gözlədiklərini  qeyd etdilər.  Sakinlər onları narahat edən bəzi problemlərin aradan qaldırılmasını xahiş etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.
Səyyar görüşün sonunda RİH başçısı Ramiz Həsənov həmin ərazidə məskunlaşan Vətən Müharibəsi Şəhidi Samir Sarıyevin yaşadığı evi ziyarət edərək atası Əli Sarıyevlə görüşdü.


 

Keçidlər