Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Zəngilan rayon təşkilatının yeni sədri partiyanın rayon aktivlərinə təqdim olundu

11 fevral 2022 | 16:00

11 fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının yeni sədri Natiq Quluzadə partiyanın rayon aktivlərinə təqdim olundu. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayonun idarə-müəssisə təşkilatlarının rəhbərləri, partiyanın rayon aktivləri iştirak etdilər.
Əvvəlcə partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülərək, Ümummilli Liderimizin xatirəsi ehtiramla yad edildi.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan edildi. Tədbirdə çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini bildirdi. Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunun həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğuladı.
Həmçinin qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında xüsusi rolu var. YAP fəalları partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında aktiv şəkildə təbliğ edirlər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı və partiyanın rayon aktivləri rayon təşkilatının yeni sədrini təbrik edərək gələcək fəaliyyətində uğurlar arzuladılar və Yeni Azərbaycan Partiyası üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini qeyd etdilər.
Çıxış edən YAP Zəngilan rayon təşkilatının yeni sədri Natiq Quluzadə də göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirərək, bu etimadı layiqincə doğrultmağa çalışacağını ifadə etdi.

Keçidlər