Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərəqqi” medalı təqdim edildi

30 dekabr 2021 | 16:00

23 iyun 2021-ci il tarixdə Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə  “Tərəqqi” medalı ilə təltif edilən  RİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Maya Bağırovanın medalı təqdim olundu. Zəngilan RİH-nin başçısı Ramiz Həsənov  ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətini vurğulayaraq qeyd etdi ki, hər bir dövlət qulluqçusunun qarşısında qoyulan ən əsas vəzifə tutduğu vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk edərək, xalqa və dövlətçiliyə sədaqətlə, vicdanla xidmət etməkdir. Maya Bağırova dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçidlər