Vətən Müharibəsi Şəhidi Səfərov Fariz Şəmil oğlunun il mərasimi keçirildi
14 dekabr 2021-ci il tarixdə Vətən Müharibəsi Şəhidi Səfərov Fariz Şəmil oğlunun il mərasimi keçirildi. İlk öncə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, Şəhidin ailə üzvləri, YAP Zəngilan rayon Təşkilatının sədri, idarə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhəri Ramana kənd qəbirstanlığında şəhidimizin məzarını ziyarət etdilər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, məzarı üzərinə gül dəstələri düzüldü.
Qeyd edək ki, Fariz Səfərov 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü olaraq qatılıb. 02 noyabr 2020-ci il tarixdə Xocavənd ərazisində gedən döyüşlərdə böyük şücaət göstərərək Şəhid olmuşdur. Ailəlidir. Dörd övladı yadigar qalıb.