Vətən Müharibəsi Şəhidi Mehdiyev İsmayıl Davud oğlunun il mərasimi keçirildi
12 dekabr 2021-ci il tarixdə Vətən Müharibəsi Şəhidi Mehdiyev İsmayıl Davud oğlunun il mərasimi keçirildi. İlk öncə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, Şəhidin ailə üzvləri, YAP Zəngilan rayon Təşkilatının sədri, idarə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət etdilər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, məzarı üzərinə gül dəstələri düzüldü.
Qeyd edək ki, Vətən Müharibəsi Şəhidi Mehdiyev İsmayıl orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseyə daxil olmub. Liseydə oxuduğu müddətdə xüsusilə fizika fənninə xüsusi marağı və həvəsi olub. 2019-cu ildə liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub.
27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq döyüşə yollanıb. Döyüşdə qəhrəmancasına iştirak edib. Vətənin yağı düşmən tapdağından azad olunması uğrunda böyük şücaət göstərmişdir. Xocavənd uğrunda gedən döyüşlərdə 3 noyabr tarixində şəhadətə yüksəlib. II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.