Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq və yerli idman yarışlarında yüksək nailiyyət əldə etmiş tanınmış zəngilanlı karateçilərlə görüş keçirilmişdir

08 dekabr 2021 | 16:00

Dekabrın 8-də Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Beynəlxalq və yerli idman yarışlarında yüksək nailiyyət əldə etmiş tanınmış zəngilanlı karateçilərlə görüş keçirdi. Qələbələri münasibəti ilə idmançıları təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı onlara uğurlar arzulayaraq Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırdı.
Xatırladaq ki, idmançılarımızdan Asiman Qurbanlı 2020-ci ildə Karate 1 Premye Liqasının Lissabon tunrirində gümüş medal, İstanbul və Moskvadakı liqa yarışlarında bürünc mükafat, Xorvatiyada Avropa çempionıtının və Birləşmiş Ərəb Əmirliklərində Dünya çempionatının komanda yarışlarında bürünc medal qazanmaqla yanaşı, Dünya üçüncüsü olub. Dünya çempionatının bürünc medalı Asiman Qurbanlıya 2022-ci ildə Dünya Oyunlarına vəsiqə qazandırıb.
Vətən müharibəsi şəhidi Həsən Rzazadənin qardaşı, gənc və perspektivli idmançı Nuran Rzazadə isə bu il Xorvatiyada Dünya Kubokunun gümüş mükafatçısı və Rusiyada l MDB Oyunlarının bürünc medalçısı, o cümlədən Türkiyədə Dünya Şotokan Federasiyasının (WSF) Dünya çempionatında Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə yarışda qızıl medala, Şobu sanbon çıxışında isə gümüş mükafata sahib olub.
 

Keçidlər