1 Dekabr – QİÇS-lə Mübarizə Günü” və Narkomaniyaya qarşı mübarizə ilə əlaqədar geniş tədbir keçirildi.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Zəngilan rayon Komissiyasının və Zəngilan Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “1 Dekabr – QİÇS-lə Mübarizə Günü” və Narkomaniyaya qarşı mübarizə ilə əlaqədar “Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda geniş tədbir keçirildi.
Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri N. Mönsümov, İcra hakimiyyətinin əməkdaşları, Zəngilan rayon Polis şöbəsinin əməkdaşları, Ədliyyə Nazirliyinin baş narkoloqu, Respublika Narkoloji Mərkəzinin Psixoloqu, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi N.Quluzadə, Sumqayıt Regional Mədəniyyət İdarəsi Zəngilan rayon Nümayəndəliyinin baş məsləhətçisi M.Nəsirov, “Zəngilanın Səsi” qəzetinin baş redaktoru S.Cavadlı, rayonun 1 və 33 №-li tam orta məktəblərinin müəəlim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, dünyada narkotik alveri ən çox gəlir gətirən üçüncü sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur. Eyni zamanda, gənclərin layiqli vətəndaş kimi tərbiyə olunması, onlar arasında sağlam həyat tərzinin təbliği Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biridir.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 yarımbəndinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün “Dövlət Proqramı”nın icrasının təmin olunması, gənclərdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, bu sahədə gənclərin məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, həmçinin sağlam həyat tərzinin təbliğ olunmasıdır. Müasir dövrün ən təhlükəli problemlərindən biri olan narkomaniyanın qarşısının alınmasında bütün dövlət qurumları imkanlarını bundan sonra da səfərbər edəcək, bu istiqamətdə fəaliyyəti məqsədyönlü şəkildə davam etdirəcəklər.
Sonda “Narkoman” adlı maarifləndirici videoçarx nümayiş etdirildi.