Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Abdullayev Sənan Şahin oğlunun il mərasimi keçirildi

22 noyabr 2021 | 16:00

19 noyabr 2021-ci il tarixdə Vətən Müharibəsi Şəhidi Abdullayev Sənan Şahin oğlunun il mərasimi keçirildi. İlk öncə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, Şəhidin ailə üzvləri, YAP Zəngilan rayon Təşkilatının sədri, idarə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edərək  üzərinə gül dəstələri düzdülər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Müdafiə Nazirliyinin Hərbi Orkestrının ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu,
Qeyd edək ki, Sənan Abdullayev döyüş zamanı Füzuli istiqamətində irəliləyərək komandiri və döyüş yoldaşları ilə birlikdə 3 post alaraq düşmən hərbiçilərini məhv ediblər. Döyüş əməliyyatını layiqincə yerinə yetirən Sənan Abdullayev  mühasirəyə  alınmış döyüş yoldaşlarını qorumaq üçün öz canını sipər edib. 5 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə alnından snayperlə vurularaq Şəhid olub. Cənazəsi doğulduğu gün - 1 noyabrda neytral ərazidən tapılıb. 20 noyabr 2020 -ci ildə II  Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Abdullayev  Sənan Şahin oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 

 

Keçidlər