8 noyabr – “Zəfər Günü” ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir
“08 Noyabr - Zəfər günü” bütün ölkə ərazisində olduğu kimi bayram əhval-ruhiyyəli tərtibat üçün plakatlar asılmış, Qələbəmizin rəmzi olan “Xarı bülbül” emblemi və Zəfər günü ilə əlaqədar bannerlər vurulmuş, binaların eyvanlarında şanlı bayrağımız asılmış Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən əsasən Zəngilan sakinlərininin məskunlaşdığı şəhərcikdə də təntənəli şəkildə qeyd edildi. Tədbir çərçivəsində səhər saatlarından etibarən şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmiş, ümumilikdə şəhərcikdə 700 ağac əkilmişdir.
Tədbirdə, Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, YAP Zəngilan Rayon Təşkilatının sədri, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Müəssisə rəhbərləri və Vətən müharibəsi şəhidlərimizin ailələri və qazilər, rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Vətən torpağı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək açıq elan edildi.
Daha sonra hər kəs açıq havada 8 Noyabr - “Zəfər Günü”nə həsr edilmiş konsert proqramını izlədi.