Şriftin ölçüsü :

Saytın rəngi :

08 Noyabr-Zəfər günü təntənəli şəkildə qeyd olundu

05 noyabr 2021 | 16:00

Müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı olan Noyabr ayının ilk günlərindən etibarən rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində şanlı zəfərimizin təbliğ olunması məqsədilə silsilə tədbirlər keçirildi.
05 noyabr 2021-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən 8 Noyabr - “Zəfər Günü”nə həsr olunmuş  tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan Rayon Təşkilatının sədri, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, müəssisə rəhbərləri və Vətən müharibəsi şəhidlərimizin ailələri və qazilər, rayon ictimaiyyəti iştirak etdi.
İlk öncə “Şəfəq” uşaq bağçasının uşaqlarının təşkil etdiyi “Zəfər yolu yürüşü”nə, daha sonra Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı  “Zəfər günü” mövzusuna həsr olunmuş sərgiyə baxıldı.
Sərgidən sonra Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan ümumrayon tədbirinin rəsmi hissəsində  qonaqlar 44 günlük Vətən müharibəsində şəhid olmuş Zəngilan rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş  video çarx izlədilər.
Şanlı zəfər tədbirində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Tədbirin bədii hissəsinə keçid edildikdən sonra ifaçıların ifalarında vətənpərvər mahnılar səsləndi.  Tədbir Zəngilan rayon 21 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanan kompozisiya ilə sona çatdı.

 

Keçidlər