Vətən Müharibəsi şəhidi, gizir Sarıyev Samir Əli oğlunun il mərasimi keçirilmişdir.
Vətən Müharibəsi şəhidi, gizir Sarıyev Samir Əli oğlunun il mərasimi keçirilmişdir. Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Samir Sarıyev Xocavənd və Füzuli rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sarıyev Samir Əli oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.