Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar

27 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.
Dövlət başçıları əvvəlcə aqroparkın ərazisində çinar ağacı əkdilər. Sonra prezidentlər Anadolu Agentliyinin Vətən müharibəsini özündə əks etdirən fotosərgisinə baxdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ön sözünü yazdığı və Anadolu Agentliyi tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabını Prezident İlham Əliyevə təqdim etdi.

https://president.az/articles/53740?fbclid=IwAR0l_MGRyhLET5x5oSDGafClNxwhKlGCga2N6qDFew7zLtlEJZxd3O9IwZ0

 

Keçidlər