Şriftin ölçüsü :

Saytın rəngi :

UŞAQLARI SEVİNDİRDİLƏR

02 iyun 2013 | 15:00

Respublika Qırmızı Aypara Cəmiyyəti, Zəngilan Rayon Uşaq Fondu, rayon mədəniyyət və turizm şöbəsi may ayının 31-də «Son zəng» və 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar 4 nömrəli Zəngilan rayon tam orta məktəbində yaddaqalan tədbirə təşkilatçılıq etmişlər.
Tədbirdə QAC-in vitse-prezidenti Qafar Əsgərzadə, rayon uşaq fondunun sədri Dilşad Həsənova, 4 nömrəli məktəbin müəllimi Oktyabr İskəndərov və digərləri hər iki əlamətdar gün münasibətilə məktəbin şagird və müəllim kollektivlərini təbrik etmiş, məktəblilərə QAC və rayon uşaq fondu tərəfindən hədiyyələr verilmişdir.
Məktəbin rəhbərliyi sonda təşkilatçılara öz razılığını bildirmişdir

Keçidlər