Vətən müharibəsi şəhidi Məmmədov Xəqani Füzuli oğlunun il mərasimi keçirilib.
Xidməti borcunu ləyaqətlə yerinə yetirən zaman torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olan əsgər Məmmədov Xəqani Füzuli oğlunun il mərasimi keçirilib.
Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan RİH başçısı aparatının əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə şəhidin Şirvan şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilərək, ailə üzvlərinə başsağlığı verildi.
Mərasimdə Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan bəhs edilərək, ruhuna dualar oxundu.
Qeyd edək ki, Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək 04 oktyabr 2020-ci il tarixdə Şəhid olan Məmmədov Xəqani Füzuli oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” , "Suqovuşannın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.