Vətən müharibəsi şəhidi Məhərrəmov Fərid Asif oğlunun il mərasimi keçirilib.
07 oktyabr 2021 | 16:00
Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər Məhərrəmov Fərid Asif oğlunun il mərasimi keçirilib.
Mərasimdə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı, başçının müavini, Zəngilan rayon Prokuroru, DTX -nin Zəngilan rayon bölməsinin rəisi, Azərbaycan Respublikası SHXÇ üzrə Dövlət Xidmətinin Zəngilan rayon şöbəsinin rəisi, Rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs edilib, şəhidin ruhuna dualar oxunub.