Şəhid ailələrinin ziyarəti davam edir
25 sentyabr 2021 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr ölkədə anım günü kimi qeyd edilir. Bu münasibətlə Prezident Administrasiyasının yerlərə göndərdiyi tədbirlər planına əsasən Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkmiş və onlara ərzaq bağlaması vermişdir.
Bu gün Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi qəhrəmanı, Kapitan Noçuyev Surxay Əbdül oğlunun ailəsində olmuş və anım günü münasibətilə onlara baş sağlığı vermişlər.