Şriftin ölçüsü :

Saytın rəngi :

RESPUBLİKA GÜNÜNDƏ

04 iyun 2013 | 15:00

 

Zəngilan Rayon İcra Hakimiyyəti müsəlman Şərqində ilk dünyəvi dövlət quruluşunu bərqərar edən Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının ildönümü-Respublika günü münasibətilə geniş yığıncaq keçirmişdir.
Ön söz söyləyən rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov Azərbaycan Demokratik Respublikasının yaranışına gedən yol, tarixi şərait haqqında məlumat vermiş, 1918-ci ildə müstəqilliyə qovuşan, lakin cəmi 23 ay mövcudluğunu qoruyub saxlaya bilən ilk demokratik dövlətimizin süqutunu onun möhkəm təməl üzərində qurulmaması ilə əsaslandırmışdır.
Müstəqilliyi qorumağın onu əldə etməkdən də çətin olduğu barədə xalqımızın böyük oğlu Heydər Əliyevin fikirlərini xatırladan cənab başçı vurğulamışdır ki, 1991-ci ildə Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşarkən məhz ümummilli liderin müdrik rəhbərliyi, qətiyyəti, düşünülmüş uzaqgörən siyasəti nəticəsində respublikamız xarici və daxili müdaxilələri uğurla dəf edərək inkişaf pillələri ilə irəlilədi.
Rayon rəhbəri müstəqilliyin ilk illərində dövlətimizi və xalqımızı çətin sınaqlardan çıxarmaq üçün ulu öndər Heydər Əliyevin göstərdiyi müdriklik və cəsarətin, bu gün isə Azərbaycanı inamla tərəqqi yolu ilə aparan ölkə başçısı İlham Əliyev cənablarının xidmətlərinin ən yüksək qiymətə layiq olduğunu qeyd etmişdir.
Çıxışının sonunda cənab R.Həsənov respublika günü münasibətilə bir daha iştirakçılara xoş arzularını bildirmiş və ulu öndər Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq Zərifə Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar keçirilən müxtəlif respublika müsabiqələrində fərqlənən rayonumuzun məktəblilərinə-Abbasova Aytac Hüseyn qızına, Aslanov Cəmil Fərman oğluna, Hüseynli İlahə Haqverdi qızına, Bağırlı Elvin Bağır oğluna və Mincivan qəsəbə musiqi məktəbinin direktoru Kərimov Şakir Hüseyn oğluna RİH-nin Fəxri Fərmanını və hədiyyələr təqdim etmişdir.
Rəsmi hissədən sonra bayram konserti olmuşdur. Solistlər Nərgiz Mehdiyevanın, İlkin Əhmədovun, Nazəninin, İlqar Zəngilanlının, Afət Fərmanqızının, Könül Bayramovanın (sazda), Tural Salmanovun ifaları iştirakçılarda xoş ovqat yaratmaqla, bayram tədbirini daha yaddaqalan etmişdir.

Keçidlər