Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyətinin məsul işçiləri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi

20 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə 27 sentyabr ölkədə anım günü kimi qeyd edilir. Bu münasibətlə Prezident Administrasiyasının yerlərə göndərdiyi tədbirlər  planına əsasən  Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkmiş və onlara ərzaq  bağlaması vermişdir.
Bu gün də Zəngilan rayon İcra hakimiyyətinin  məsul işçiləri Vətən müharibəsi şəhidləri Məhərrəmov Fərid Asif oğlu və Mehdiyev İsmayıl David oğlunun ailəsində olmuş və anım günü münasibətilə  onlara baş sağlığı vermişlər.

Keçidlər