Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər görülür
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin ərazisində yerləşən Rayon İcra Hakimiyyətinin inzibati binasında, uşaq bağçasında, yaşayış binasının dəhlizində, şəhərciyin küçəsində, səkilərində dezinfeksiya işləri aparıldı. Yoluxma hallarının qarşısının alınması məqsədilə sakinlər arasında mütəmadi maarifləndirmə işləri həyata keçirilmiş, (COVİD-19) əleyhinə peyvəndlənmə barədə sakinlər arasında aktiv maarifləndirmə və təbliğat işləri həyata keçirilir.