Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirildi

23 iyun 2021 | 16:00

İyun ayının 23-də Zəngilan Rayon İcra Hakimiyyətinin akt zalında Dövlət Qulluqçularının Peşə bayramı münasibətlə tədbir keçirildi. Zəngilan RİH-nin başçısı Ramiz Həsənov çıxış edərək əlamətdar gün münasibətilə dövlət qulluqçularını təbrik etdi. Regionda söz sahibi olan Azərbaycan Respublikasının iqtisadi, siyasi, hərbi və digər sahələrdə sürətli inkişafından bəhs etdi. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətini vurğulayan rayon rəhbəri qeyd etdi ki, hər bir dövlət qulluqçusunun qarşısında qoyulan ən əsas vəzifə tutduqları vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk edərək, xalqa və dövlətçiliyə sədaqətlə, vicdanla xidmət etməkdir.
Torpaqlarımızın işğaldan azad edilməsinin , zəfər sevincimizin bu ilki peşə bayramını xüsusi, unudulmaz etdiyini bildirən rayon rəhbəri Türkiyə ilə qardaşlığımızı, bəzi dövlətlərin qısqanclığına baxmayaraq, Azərbaycanın doğru yolda olduğunu, cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizi daha böyük uğurlar gözlədiyini inam hissilə vurğulayaraq,  bir daha əlamətdar gün münasibətilə xoş arzu və təbriklərini dilə gətirdi.
Tədbir iştirakçıları dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdi.

Keçidlər