Şriftin ölçüsü :

Saytın rəngi :

06 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar qəbul keçirildi.

06 dekabr 2022 | 16:16

Ölkə rəhbərinin tapşırığına əsasən Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq respublikanın müxtəlif ərazilərində səyyar qəbullar keçirir. Zəngilan RİH başçısının növbəti səyyar qəbulu  06 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhərində məskunlaşan rayon sakinləri ilə keçirildi.

Qəbulda vətəndaşların müraciətləri dinlənildi. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və bir qisminin həlli istiqamətində yerində aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verildi, digər qisminin isə qanunamüvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

 

Keçidlər