Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür

15 iyun 2021 | 16:00

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi olan 15 İyun –Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ümumilli lider Heydər Əliyevdir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Hər il respublikamızda iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd olunur. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummili Liderin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi.

 

 

 

 

 

 

Keçidlər