Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri keçirildi

14 iyun 2021 | 16:00

14 iyun 2021- ci il tarixdə  Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayon 33 saylı orta məktəbdə də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, RİH başçısının müavini Nizami Mönsümov iştirak etdi. Rayonun Təhsil şöbəsinin məsul işçilərinin, çoxsaylı şagird və müəllim kollektivinin, valideynlərin toplaşdığı tədbir dövlət himninin sədaları ilə açıq elan edildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı. Məktəblərimizdə vətənpərvər övladların yetişdiyini vurğulayan rayon rəhbəri doğma yurdlarımızın Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun, vətənpərvər, qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğuladı. Valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən RİH başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
Daha sonra Məktəbin direktoru Səadət Səfquliyeva çıxış edərək 11-ci sinfi bitirən məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladı.
“Son zəng” tədbiri 2020-2021-ci tədris ilində ümumi orta təhsil səviyyəsi növbəti buraxılış imtahanlarından məktəbin yüksək nəticə əldə edən 9-11-ci sinif şagirdlərinə təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşdı.
Rayonunun digər məktəblərində də son zəng tədbirləri məzunların həyatında xoş xatirəyə çevrildi.

 

 

 

Keçidlər