Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

10 may 2021 | 16:00

Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi  Ümummilli liderimiz Heydər Əliyevin ölümündən 18 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Azərbaycan xalqı öz dahi oğlunu heç vaxt unutmur və onu öz qəlbində daima yaşadır. Heydər Əliyev böyükdən-kiçiyə hər kəsin qəlbində dərin məhəbbət və ehtiramla xatırlanır.
Bu il də 10 may 2021-ci il tarixində dahi şəxsiyyətin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar Respublika ərazisində olduğu kimi, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən,əsasən zəngilanlı sakinlərin məskunlaşdığı şəhərcikdə Zəngilan Rayon İcra Hakimiyyəti, YAP Zəngilan rayon təşkilatı, idarə və müəssisələrin də iştirakı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Belə ki,  Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər şəhərciyindəki “Şəfəq” uşaq bağçası-körpələr evinin və rayonun 33 nömrəli məktəbinin həyətində ümumilikdə 1200 ədəd müxtəlif növdə həmişəyaşıl ağaclar əkilmişdir. Əkilən ağaclar suvarılmış və aqrotexniki qulluq göstərilmişdir.
Həmçinin Zəngilan rayon Təhsil şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin yerləşdiyi ərazilərdə də ağaclar əkilmişdir.

 

 

 

 

 

Keçidlər