Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan təbiəti -90”

04 iyun 2013 | 15:00

 

Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə  ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münаsibətilə Zəngilan rayon 28 nömrəli tam orta məktəbdə konfrans keçirildi.
“Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan təbiəti -90” mövzusuna həsr olunan bu konfransı giriş sözü ilə  28 nömrəli məktəbin direktoru İsgəndər Vəliyev açaraq ulu öndərin ekologiya sahəsindəki böyük xidmətlərindən danışdı.
Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Zəngilan Rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Möhübbət Qurbanov “Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci və ikinci dövründə təbiətimizə, bütövlükdə Azərbaycana göstərdiyi qayğıdan və bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərdən, habelə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə qəbul etdiyi qanun və qərarlardan, ölkəmizdə qoruq və yasaqlıqların yaradılmasının əhəmiyyətindən söz açdı.
Daha sonra məktəbin biologiya müəllimi Kəmalə Hüseynovanın “Heydər Əliyev və Azərbaycanda  ekoloji şüurun inkişafı”, rayon ekologiya və təbii sərvətlər idarəsinin sektor müdiri Ərşad Qurbanovun “Ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə qayğısı” mövzusunda məruzələri dinlənildi.
Məruzələrdən sonra rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov, gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə çıxış  etdilər.             
Sonda mövzuya dair  müsabiqənin gedişində fəal olan, ekoloji biliyə malik 15 şagirdə Zəngilan ETSİ-nin diplom və qiymətli hədiyyələri  təqdim olundu.
Müsabiqədə yüksək təşkilatçılıq işinə görə 28 nömrəli məktəbin müəllimi Səmədova Aybəniz Qüdrət qızı diplom və qiymətli hədiyyə ilə təltif edildi. 
Məktəb rəhbərliyinə müvafiq təbliğat vasitələri və qimətli hədiyyələr bağışlandı.

Keçidlər