Şriftin ölçüsü :

Saytın rəngi :

ŞAGİRDLƏRİMİZİN UĞURU

27 may 2013 | 15:00

Mədəniyyət və turizm nazirliyi ilə F.Köçərli adına uşaq kitabxanasının birgə təşkilatçılığı ilə aprel ayının 26-dan may ayının 2-dək ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş «Dost ellərə səyahət: əzizləyər hər el səni öz adətilə» devizi altında maraqlı respublika tədbiri keçirilmişdir.
Azərbaycanlı uşaq və yeniyetmələri ayrı-ayrı ölkələrin milli geyimləri, rəqsləri, adət-ənənələri ilə tanış etmək məqsədi daşıyan tədbirdə rayonumuzun 4 nömrəli ümumi orta məktəbinin şagirdləri İngiltərəni təmsil etmişlər.
Direktor X.Xaməmmədovun təşkilatçılığı ilə müsabiqəyə ciddi hazırlaşan şagirdlərimiz Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən yekun mərhələdə iştirak etmək hüququ qazanmış, məktəbin III sinif şagirdi Lamiyə Kərimli XIX əsr ingilis milli geyimlərinin təqdimat nominasiyasının qalibi olaraq diploma, 4 nömrəli məktəb isə Respublika Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanına və F.Köçəkrli adına uşaq kitabxanasının diplomuna layiq görülmüşdür.

Keçidlər