Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri davam etdirilir
15 dekabr 2020 | 16:00
Karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə mobil qruplar tərəfindən əhalinin sıx olduğu yerlərdə, fəaliyyətlərinə icazə verilmiş obyektlərdə reydlər davam etdirilir.
Reydlər zamanı əhaliyə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.