Şriftin ölçüsü :

Saytın rəngi :

KİTAB BAYRAMI QEYD EDİLDİ

25 may 2013 | 15:00

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı may ayının 24-də kitab bayramı keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Zəngilan rayon Mədəniyyət və Turizm şöbəsi ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən təşkil olunan, rayonun yaradıcı ziyalılarının, inzibati ərazi nümayəndəliklərinin, digər bir çox idarə-məssisə rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə mədəniyyət və turizm şöbəsinin müdiri M.Nəsirov açmışdır. Kitab bayramında çıxış edən şairlər Oqtay Ələkbərli, Mahir Cavadlı, eləcə də rayon ağsaqqallar şurasının sədri Xuduş İskəndərov, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Tahir Sadıqov ulu öndərin xalqımız qarşısındakı xidmətləri, elmə-təhsilə, o cümlədən kitaba, elmli, yaradıcı insanlara verdiyi yüksək dəyər haqqında danışmışlar.
Maraqlı proqram əsasında keçirilən tədbirdə şeirlər, mahnılar səslənmiş, rəqslər ifa edilmiş, Heydər Əliyevə həsr olunan əsərlərdən, eləcə də yerli yazarların kitablarından ibarət sərgilər təşkil olunmuşdur.
Rayonumuzun şair və yazıçılarından Hacı Seyid Miriş Bərgüşadlı, Oktay Ələkbərli, Mahir Cavadlı, Alı Rəhimov, Salam Cavadlı iştirakçılarа öz kitablarını hədiyyə etmişlər.
Kitab bayramına yekun vuran rayon icra hakimiyyəti başçısının müavini Nizami Mönsümov ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirin xüsusi əhəmiyyətini vurğulayaraq təşkilatçıları və iştirakçıları təbrik etmiş, onlara kitab sevgisi, həyatda və işlərində uğurlar arzulamışdır.

Keçidlər