Şriftin ölçüsü :

Saytın rəngi :

YUBİLEY TƏDBİRİ

11 may 2013 | 15:00


 

Zəngilan Rayon İcra Hakimiyyəti xalqımızın milli iftixarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə may ayının 10-da yubiley tədbiri keçirmişdir.
Yığıncağı açan RİH-nin başçısı cənab Ramiz Həsənov ulu öndərin dövlət və xalq qarşısında misilsiz xidmətlərindən danışmış, heyrətamiz uzaqgörənliyi, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı zamanın bütün sərt dönəmlərindən uğurla çıxardığını, dahiyanə liderlik keyfiyyətləri ilə bütün dünyada böyük hörmət və nüfuz sahibi olduğunu qeyd etmişdir. Eləcə də Azərbaycan xalqının ən parlaq şəxsiyyəti Heydər Əliyevin siyasi kursunun onun layiqli davamçısı İlham Əliyev tərəfindən dönmədən yerinə yetirilməsi sayəsində bu gün ölkəmizin nail olduğu böyük nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Natiq ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının zəngilanlılara xüsusi qayğısının göstəricisi olan bir çox mühüm əhəmiyyətli xidmətləri qeyd etmiş, əmin olduğunu bildirmişdir ki, əhalimiz həmişəki kimi bundan sonra da Heydər Əliyev amallarına, ölkə başçısına sədaqətləri ilə bu etimadları doğruldacaqlar.
Tədbirdə  rayon ƏSMM-nin direktoru H.Ələkbərov, RİH-də hüquq şöbəsinin müdiri A.Məmmədov, YAP Zəngilan rayon təşkilatının sədri Ə.Hüseynov, təhsil şöbəsinin müdiri Z.İbrahimov və rayon ağsaqallar şurasının sədri X.İsgəndərov çıxış etmişlər.
Yubiley tədbiri ulu öndər Heydər Əliyev haqqında sənədli filmin numayişi ilə başa çatmışdır.

Keçidlər