Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı tarixi qələbəni qeyd edir

10 noyabr 2020 | 16:00

Noyabr ayının 10-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək, şanlı qələbəmizin müjdəsini verdi. Bu gün  ölkəmiz üçün tarixi bir gündür. 30 il davam edən işğala, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalandı.
Bu bəyanatın tarixi əhəmiyyəti var və bizim şanlı qələbəmizdir.
Bu, bizim hamımızın bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, vətənpərvər xalqdır. 30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, gücləndik. Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz xalq olduğunu göstərdi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı. Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində salınmış köçkün şəhərciyində də doğma torpaqlarımızın işğaldan azad olunmasını, bu tarixi zəfərin sevincini zəngilanlılar da izdihamla qeyd etdi. Sevinclərinin həddi-hüdudu olmayan zəngilanlılar Ali Baş Komandan, cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna dərin minnətdarlıq hisslərini bildirdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi  “Xalqımızla, ordumuzla fəxr edirik! Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Keçidlər