Şriftin ölçüsü :

Saytın rəngi :

Ali baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tarix yazır

08 noyabr 2020 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi Zəngilan rayonundan olan məcburi köçkünlər də bu xəbəri sevinclə qarşıladı. Zəfər xəbərini bütün Azərbaycan xalqı düz 28 il yarım gözlədi. Və nəhayət 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş komandanın dilindən eşitdik. Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir. İnanırıq ki, tezliklə torpaqlarımızın bütövlüyü təmin ediləcək.

Keçidlər