Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonu sakinlərinin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin və onun Alt Komitələrinin nümayəndələrinə müraciəti

31 oktyabr 2020 | 16:00

Ermənistan hərbi birləşmələri  sentyabr ayının 27-dən etibarən Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə başalmışdır.Təəssüfləndirici haldır ki, heç bir hərbi məntəqələrin olmadığı halda Azərbaycanın mülki əhali yaşayan ərazilərinin ağır artileriya silahları ilə atəşə tutulması adi hala çevrilmişdir.Uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan Respublikasının Azərbaycana qarşı davam edən təcavüzünün nəticəsidir ki,heç bir nəticə əldə olunmamışdır.Həmçinin təcavüzkar dövlətin ölkəmizə qarşı apardığı siyasətlə sizi tanış edirəm.


Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davamlı xarakter almışdır.2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.Bunun nəticəsində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib.Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.
Daha sonra avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq Azərbaycana diversiya qrupu göndərmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışvə planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəldiyi müəyyən edilmişdir.
2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində mülki əhali və hərbçilər arasında itkilərimiz olmuşdur. Nəticədə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.Azərbaycan sülh danışıqlarının tərəfdarıdır.Nə zaman kı, münaqişə ilə bağlı danışıqlar olur, Ermənistan tərəfi siyasi və hərbi təxribatlara əl atır. Danışıqların irəli aparılması üçün Azərbaycan tərəfi bütün imkanları yaradır. Bunun müqabilində isə biz Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarını, hərbi təxribatını, Ermənistan rəhbərliyinin gülünc açıqlamalarını görürük. Bütün bunlara qiymət verilməlidir.Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. Boşa çıxmış 30 ildəsülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, diplomatik üsullara sadiq olub və beynəlxalq birliyə etibar edib. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün Azərbaycan ordusunun son günlərdə atdığı qətiyyətli addımlarla Azərbaycan xalqının həsrətinə son qoyulur, tarixi ədalət bərpa olunur.


Sülh danışıqlarında Ermənistanın qeyri-konstruktiv mövqeyi

Son vaxtlar Ermənistan Respublikası münaqişənin həlli istiqamətində göstərilən səylərə böyük zərbə vura biləcək addımlar atmaqda davam edir. 26 ildir davam edən sülh danışıqları prosesində böyük iradə nümayiş etdirən Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı kimi çıxış edir.Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe və apardığı təcavüzkar siyasət sülh danışıqları prosesinə ciddi xələl gətirir. Ermənistanın mövcud status-kvonu imkan qədər uzatmaq  və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə müxtəlif vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində bir sıra tədbirlər keçirməklə oradakı cinayətkar rejimin dünya birliyi tərəfindən tanınmasına cəhd göstərir.Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri 2019-cu ildə işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə olmuşdur.
Ermənistanın rəhbərliyinin“Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır” - tipli bəyanatları danışıqlar prosesinə zərbəvurmuşdur. Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və işğala son qoyulmalıdır.Dağlıq Qarabağdakıbir ovuc cinayətkar dəstənin Ermənistanın himayəsi altında hər hansı bir müvəqqəti fəaliyyəti heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gətirib çıxara bilməz. Çünki dünya birliyi, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər birmənalı şəkildə dəfələrlə bəyan etmişlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bununla yanaşı,  BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin ifadə edildiyi, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinin qeyd olunduğu və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbinin də olduğunu bir daha nəzərinizə çatdırırıq.Lakin otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalmışdır. Bu müddət ərzində, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salır.

İşğal nəticəsində dəymiş ziyan

Ermənistanın silahlı tacavüzü və işğalı nəticəsində Azərbaycana külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti aparmışdır. İşğal nəticəsində Azərbaycanın 1 milyondan artıq vətəndaşı məcburi köçkün olduğu halda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilmişdir.Bu, hərbi cinayət olmaqla Cenevrə Konvensiyasına tamamilə ziddir.Erməni işğalçılarının tək xalqımıza qarşı deyil təbiətimizə və təbii sərvətlərimizə qarşı da böyük terrorçuluq siyasəti həyata keçirmələri onların necə vəhşi və qaniçən bir millət olduğunu bir daha sübut edir.
Ermənilər işğal altındakı ərazilərimizdə kütləvi olaraq mədəni irsimizi məhv etmiş, tarixi abidələr və məscidləri dağıtmış, təhqir etmiş, yaşayış yerlərimizi talamışlar. Azərbaycanın rayonlarının, kəndlərinin adları dəyişdirilmişdir.Ermənilər işğal etdikləri torpaqlarımızda ətraf mühitə, fauna və floraya çox ciddi ziyan vurmaqdadırlar.
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada olan bütün muzeylər, məscidlər, abidələr dağıdılmışdır. Erməni vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə yerləşən ilk insan məskənləri olmuş Azıx və Tağlar mağaraları, Qara köpək, Üzərlik təpə kurqanları məhv edilib və hərbi məqsədlər üçün istifadə edilib. İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparmış, kurqanları dağıtmış, qarət etdikləri tapıntıları Ermənistana daşımışlar.Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Füzulu rayonlarının ərazilərindəki qəbirstanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, Qafqaz Albaniyasına məxsus abidələr, azərbaycanlıların o torpaqlarda mövcudluğunu sübut edən milli-mədəni dəyərlərimiz təcavüzə məruz qalıb.
Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.

Dinc əhaliyə qarşı hücum

100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlər hazırda da davam etdirilir.Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər böyük şəhərlərinə qarşı intensiv raket hücumları mülki insanları öldürmək məqsədilə Ermənistanın həyata keçirdiyi dövlət terrorudur. Buna görə Ermənistanın siyasi-hərbi rəhbərliyi məsuliyyət daşımalıdır. Bu raket hücumları yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədilə edilir. Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir
Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəflərinin oktyabrın 10-da Moskvada humanitar atəşkəsə dair razılaşma əldə etmələrinə baxmayaraq, Ermənistanın silahlı qüvvələri cəbhə xətti boyunca Azərbaycanın mülki əhalisi və mülki obyektlərə qarşı birbaşa hücumları davam etdirib.Humanitar atəşkəs elan edildikdən dərhal sonra, oktyabrın 11-nə keçən gecə cəbhə bölgəsindən kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin “SCUD“ ballistik raketi ilə hücuma məruz qalması nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 10 mülki şəxs öldürülüb, 40-dək mülki şəxs yaralanıb.
Ermənistanın rəhbərliyi münaqişənin baş verdiyi yerdən kənarda yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər dinc əhalinin məskunlaşdığı əraziləri dəfələrlə raket atəşinə məruz qoymaqla hərbi cinayət törətmişdir. Bu atəş nəticəsində azyaşlı uşaqlar daxil olmaqla 91 şəxs həlak olmuş, 404 şəxs yaralanmış, eləcə də 2243 yaşayış evi, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşmüşdür.Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalı, xüsusi beynəlxalq tribunal yaradılmalı və cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməlidir.

İşğala son qoyulmasına dair çağırış

Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut edir.Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Ermənistan hakimiyyətini işğala son qoymağa çağırır və erməni xalqına müraciət edərək tarixən olduğu kimi hazırda da birlikdə Dağlıq Qarabağda yaşamasına xalqımızın etiraz etmədiyini bildirmişdir. Lakin Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək hər hansı maneə yoxdur.
Həmçinin Ermənistan hazırkı müharibəni dünya ictimaiyyətinə etnik və dini müharibə kimi təqdim etməsi Azərbaycan xalqı tərəfindən qəti şəkildə pislənilir.Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Azərbaycanın münaqişənin dinc yolla və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə tərəfdadır, bunun üçün BMT-nin müvafiq qətnamələri və digər beynəlxalq təşkilatların qərarları icra edilməlidir. Münaqişənin həlli Azərbaycanın beynəlxalq hüquq çərçivəsində onun beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə mümkündür və Azərbaycan bu çərçivədən kənarda heç bir siyasi həll yolunu qəbul etmir.

Biz zəngilanlı məcburi köçkünlər olaraq sizi Ermənistanın təxribatlarına beynəlxalq hüquq normalarına uyğun qiymət verilməsinə, Azərbaycana qarşı təcavüzün pislənməsinə, işğalın dayandırılmasına, dinc əhalinin atəşə tutulmasına, o cümlədən onların hərbi əməliyyatlardan kənar yaşayış yerlərində öldürülməsinin qarşısının alınmasını istiqamətində səylərinizi artırmağa  və bu istiqamətdə ciddi tədbirlər görməyə çağırırıq.

Keçidlər