Zəngilan rayonunun şəhər, qəsəbə və kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilir
Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixdə xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkarı, Şərifan, Muğanlı kəndlərinin işğaldan azad edildiyini açıqladı. Şad xəbər Azərbaycan xalqının və xüsusilə Zəngilan sakinlərinin hədsiz sevincinə səbəb oldu.
Qeyd edək ki, 21 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir.
Bu günədək Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli,Qaradərə,Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Vənədli, Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Mirzəhəsənli, Birinci Ağalı, İkinci Ağalı, Aladin, Vejnəli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad edilmişdir.
Zəngilan bizimdir! Qarabağ Azərbaycandır!