Zəngilanlıların qələbə sevinci
Zəngilanlılar həyatlarının ən unudulmaz və qürurlu günlərini yaşayırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonun bir neçə kəndinin və Zəngilan şəhərinin düşmən tapdağından azad edildiyini açıqladıqdan sonra öz yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar qələbə sevinci yaşadı. Abşeron rayonu Masazır qəsəbəsi ərazisində salınmış köçkün şəhərciyində dogma torpaqlarımızın işğaldan azad olunması izdihamla qeyd olundu.
20 oktyabr 2020-ci il təqvimi Azərbaycan tarixinə, xüsusilə zəngilanlıların yaddaşına qızıl hərflərlə həkk olundu. Bu gün 27 illik yurd həsrətinə son qoyuldu. Sevinclərinin həddi-hüdudu olmayan zəngilanlılar Ali Baş Komandan, cənab İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna dərin minnətdarlıq hisslərini bildirirlər.