Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlətə, xalqa qarşı müxalifətdə dayanmaq olmaz

30 sentyabr 2020 | 16:00

Bu gün Vətənini, xalqını sevən, Vətəninə bağlılığı həyatının mənası bilən hər bir Azərbaycan vətəndaşında Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı əks-hücum əmri verməsi nəticəsində Milli Ordumuzun döyüşlərdə qazandığı uğurlar qürur doğurur, sevinc və iftixar hissi yaradır.Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlandığı və rəşadətli Milli Ordumuzun döyüşlərdə düşmən üzərində əldə etdiyi qələbələr uğurlu əməliyyat tədbirləri ürəkaçandır.
Azərbaycanda 52 siyasi partiyanın 50-si yekdilliklə bəyanat verərək Prezident İlham Əliyevin yanında olduqlarını bildirib. Belə bir zamanda özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi  Partiyası Vətən torpaqlarının düşmən  torpağından azad edilməsinə sevinmir, bununla da düşmən dəyirmanına su tökür, ümummilli dəyərləri unudaraq, itirdikləri “nüfuzu və gücü” bərpa etmək istəyirlər. Onların məqsədləri nəyin bahasına olsa da, hakimiyyətə gəlmək, maddi və inzibati resurslara yiyələnmək, 27 illik məğlubiyyətlər seriyasının acığını indi adından danışdığı xalqdan çıxmaqdır.Xaricdən maliyyələşən radikal müxalifət ölkədə sabitliyi pozmaq, xaricdən aldıqları tapşırıqları yerinə yetirməklə, Prezidentimiz İlham Əliyevin son zamanlar həyata keçirdiyi islahatlara, ölkəmizin  əldə etdiyi uğurlara nailiyyətlərə kölgə salmağa çalışırlar.
Vətənimizin çətin və şərəfli günündə dağıdıcı müxalifətin milli çağırışlara qoşulmaması, siyasi partiyalarla bir cərgədə olmamaları həm təəssüf doğurur, həm də onların əsl simasını göstərir. Müxalifət olmaq olar amma dövlətə və xalqa qarşı müxalifətdə dayanmaq olmaz. Mən 81 yaşlı bir ziyalı kimi dağıdıcı müxalifətin hərəkətlərini doğru saymıram.Onları doğru yola - dövlətin və xalqın yanında olmağa səsləyirəm.

Oktay Ələkbərov: Qarabağ müharibəsi və əmək veteranı,  Ulu Öndər Heydər Əliyev siyasi kursu və “Yeniləşən Dövlətə Dəstək” ictimai birliyinin Ağsaqqallar Şurasının sədri, AYB-nin üzvü, təqaüdçü, metodist müəllim.

Keçidlər